YARDIM MƏRKƏZİ

Sualınızın cavabı burada.

Hesab, sifariş və ödənişlə bağlı tez-tez verilən suallar. Mövzunu seçin və ya sualınızı axtarın.

Hesab

Necə qeydiyyatdan keçə bilərəm?
Qeydiyyat çox sadədir — yuxarı sağ küncündəki Qeydiyyat düyməsinə basın. E-poçt ünvanınızı və ya mobil nömrənizi daxil edin, istifadəçi müqaviləsini təsdiqləyin. Bir neçə saniyə ərzində hesabınız hazır olacaq.

Sifariş

Sifarişimin statusunu necə yoxlaya bilərəm?
Profil şəklinizə klik edin → Sifarişlərim menyusuna keçin. Bütün sifarişlərinizin cari statusu, tarix və detalları orada görünəcək.
Necə sifariş edə bilərəm?
Hesabınıza daxil olun, istədiyiniz məhsulu seçin və səbətə əlavə edin. Balansınız varsa dərhal sifariş verə bilərsiniz.
  • E-pin kodlar — dərhal, 7/24 avtomatik çatdırılır
  • Hesab xidmətləri — hər gün 09:00–01:00 arası, 5–10 dəqiqə ərzində
İş saatlarınız hansı aralıqdadır?
Platforma 7/24 aktivdir. Avtomatik çatdırılan məhsullar gecə-gündüz dərhal çatdırılır. İnsan resursu tələb edən xidmətlər isə hər gün 09:00 — 01:00 arasında icra edilir.
⚡ Avtomatik məhsullar 7/24

Ödəniş

Necə balans artıra bilərəm?
Hesabınıza daxil olduqdan sonra Balans artır düyməsinə basın. Ödəniş metodunu seçin və ödənişi həyata keçirin. Ödəniş uğurla tamamlandıqdan sonra məbləğ dərhal balansınıza əlavə olunur.
Qiymətlərə vergi daxildirmi?
Bəli. Saytımızda göstərilən bütün qiymətlərə müvafiq vergilər artıq daxil edilmişdir. Sifariş zamanı əlavə vergi və ya gizli ödəniş tətbiq olunmur.
✅ Gizli ödəniş yoxdur

Geri qaytarma

Ödəniş geri qaytarılır?
Rəqəmsal məhsulların xüsusiyyətinə görə, kod təqdim edildikdən sonra geri qaytarılma texniki olaraq mümkün deyil. Lakin aşağıdakı hallarda geri ödəniş mümkündür:
  • Sifariş edilən məhsul stokda mövcud olmadıqda
  • Sifarişin icrası zamanı bizdən qaynaqlanmış texniki problem baş verdikdə
  • Məhsul 24-48 saat ərzində çatdırılmadıqda
Geri qaytarılmayan hallar hansılardır?
  • Aktivləşdirilmiş və ya istifadə edilmiş kodlar
  • Endirimdə olan məhsullar
  • Yanlış platforma seçimi və ya istifadəçi xətası
  • Məhsul açıqlaması oxunmadan alınan məhsullar
  • Üçüncü tərəf platformaların deaktivasiya qərarları
Əvəzləmə prosesi necə işləyir?
Texniki problem varsa bizimlə əlaqə saxlayın və problemi təsdiqləyən sübutu göndərin. Müraciətdən sonra 3-5 iş günü ərzində əvəzləmə həyata keçirilir.

Təhlükəsizlik

Saytınıza güvənə bilərəm?
Bəli. Saytımız TLS 1.2 və SSL ilə qorunur. Bütün məlumatlarınız şifrələmə ilə qorunur. Alisverisler.store Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun rəsmi fəaliyyət göstərən platformadır.
🔒 SSL Qorumalı & Rəsmi Fəaliyyət