Şərtlər və Qaydalar — Alisverisler.store
Hüquqi Sənəd

İstifadəçi Qaydaları və Şərtləri

Alisverisler.store platformasından istifadə şərtləri

Son yenilənmə: 15 May 2026

⚠️ Ən Vacib Məlumatlar

  • Rəqəmsal məhsullar təqdim olunduqdan sonra geri qaytarılmır
  • Üçüncü tərəf platformaların deaktivasiya qərarlarına görə məsuliyyət daşımırıq
  • Platformadan istifadə etməklə bu şərtləri tam qəbul etmiş sayılırsınız
1Platformanın Hüquqi Statusu

Alisverisler.store Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən rəqəmsal xidmət platformasıdır. Platforma üzərindən yalnız qanuni məqsədlər üçün istifadə etmək icazəlidir.

Platformamız rəqəmsal məhsul və xidmətlərin (abunəliklər, oyun valyutaları, proqram lisenziyaları) satışını həyata keçirir.

2Qeydiyyat və İstifadəçi Məlumatları
  • İstifadəçi qeydiyyat zamanı təqdim etdiyi məlumatların tam, düzgün və aktual olmasına görə məsuliyyət daşıyır
  • Yanlış məlumat nəticəsində yaranan hüquqi məsuliyyət istifadəçinin üzərindədir
  • 18 yaşdan aşağı şəxslər platformadan yalnız valideyn razılığı ilə istifadə etməlidir
  • Hesab məlumatlarının gizli saxlanılması istifadəçinin öhdəliyidir
3Sifariş Prosesi
  • Sifariş yalnız ödəniş təsdiqləndikdən sonra sistemdə qeydə alınmış sayılır
  • Rəqəmsal məhsullar adətən dərhal, gecikmə olarsa maksimum 24-48 saat ərzində təqdim edilir
  • Məhsul təqdim olunduğu andan — hesab məlumatları, giriş imkanı və ya abunəlik ötürüldüyü andan — istifadə edilmiş hesab olunur
  • Sifariş verilməmiş başlanmadan ləğv mümkündür; icra başlandıqdan sonra ləğv edilmir
4Geri Qaytarma Siyasəti

Azərbaycan Respublikasının İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanununa əsasən, dərhal təqdim olunan rəqəmsal xidmətlər geri qaytarılmır.

Geri ödəniş yalnız bu hallarda mümkündür:
Məhsul 24-48 saat ərzində təqdim edilməyibsə və ya ilkin təqdimatda texniki problem varsa (video/screenshot ilə sübut olunmalı və 24 saat ərzində həll edilə bilməlidirsə).

  • Yanlış platforma seçimi geri qaytarılma əsası deyil
  • İstifadəçinin cihaz və internet problemləri geri qaytarılma əsası deyil
  • Üçüncü tərəf platformaların deaktivasiya qərarları geri qaytarılma əsası deyil
  • Geri ödəniş yalnız sayt daxili balans şəklində təqdim edilir
  • Geri ödənişin icra müddəti maksimum 3 iş günüdür
5Abunəlik və İstifadə Qaydaları
  • Tək cihazlıq hesabların başqaları ilə paylaşılması qadağandır
  • Məhsulun işləmə qaydası məhsul səhifəsində göstərilibsə, istifadəçi bu məlumatla tanış olmağa borcludur
  • Multi-login və ya region uyğunsuzluğu nəticəsində yaranan problemlərə görə məsuliyyət istifadəçiyə məxsusdur
  • Abunəlik bitməsinə 2-3 gün qalmış bildiriş göndərilir (texniki imkan olduqda)
6Üçüncü Tərəf Platformalar

Netflix, Spotify, YouTube, ChatGPT, Canva və digər platformalar Alisverisler.store-dan tam müstəqil hüquqi şəxslərdir.

  • Bu platformaların hesab deaktivasiyasına görə məsuliyyət daşımırıq
  • Region məhdudiyyəti, texniki nasazlıq və siyasət dəyişiklikləri nəzarətimizdən kənardır
  • Biz yalnız xidmətin aktivləşdirilməsi mərhələsinə görə məsuliyyət daşıyırıq
7Qadağan Olunmuş Fəaliyyətlər
  • Hesab məlumatlarının üçüncü şəxslərə icazəsiz paylaşılması
  • Aldadıcı məlumat təqdim edilməsi və saxta qəbz göndərilməsi
  • Platforma və ya digər istifadəçilərə qarşı zərərli hərəkətlər

Yuxarıdakı hallarda istifadəçi hesabı xəbərdarlıq edilmədən bağlana və zəruri hallarda hüquq-mühafizə orqanlarına məlumat verilə bilər.

8Məxfilik və Məlumatların Qorunması
  • İstifadəçilərin şəxsi məlumatları yalnız xidmətin göstərilməsi məqsədilə istifadə olunur
  • Heç bir şəxsi məlumat kommersiya məqsədi ilə üçüncü şəxslərə ötürülmür
  • Ödəniş məlumatları Alisverisler.store tərəfindən saxlanılmır
  • Məlumatların emalı Azərbaycan Respublikasının "Şəxsi məlumatlar haqqında" Qanununa uyğun aparılır
9Mübahisələrin Həlli

Mübahisələr ilkin olaraq yazılı müraciət əsasında həll edilir. Razılıq əldə olunmadığı təqdirdə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Bakı şəhəri məhkəmələrində həll olunur.

Sualınız var?

Hər hansı sual və ya problem üçün bizimlə əlaqə saxlayın

Alisverisler.store-dan istifadə etməklə yuxarıda göstərilən bütün şərtləri qəbul etmiş olursunuz.

Anladım, Alış-verişə Başla